Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo daha bir tarixi nailiyyətə imza atıb.
Globalinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu Dünya çempionatında vurduğu qolların sayını 10-a çatdıraraq əfsanəvi portuqaliyalı Eysebionu geridə qoyub.
Bununla da Ronaldo Dünya çempionatları tarixində Portuqaliya millisinin ən məhsuldar futbolçusu adına yiyələnib.
Daha əvvəl bu rekord 9 qolla Eysebioya məxsus idi.
Qeyd edək ki, Ronaldo bundan əvvəl 6 Dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşmüşdü.