Ronaldo bunu edən ilk futbolçu oldu

 

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo millisində 200-cü matçına çıxıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, tarixdə bu göstəriciyə çatan ilk oyunçu olub.

Bununla da futbolçu bu göstərici üzrə keçmiş rekordçu küveytli Bader əl-Mutavanı 4 oyunla qabaqlayıb.

O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında start heyətdə yer alıb.

Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top”un qalibi, Avropa çempionu, beşqat Çempionlar Liqasının qalibi, Millətlər Liqasının qalibidir.