Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “Marca” nəşri məlumat yayıb.
39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” klubunun səhmlərinin 5 faizinə sahib olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 200 milyon avro məbləğində yeni müqavilə bağlayacaq.
Sözləşmə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.














