
“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Globalinfo.az bildirir ki, jurnalistin “təsəvvür et ki, Dünya Çempionatının finalında Argentina ilə matçda Messi ilə birgə hərəyə 2 qol vurursunuz. Son dəqiqələrdə 3-cü qolu da vurursan və kubok qazanırsınız. Nə edərsən?” sualına Ronaldo belə cavab verib: “Əgər bu baş verərsə, karyeramı başa vuraram”.
Ronaldo argentinalı ulduz Leonel Messi ilə bağlı da müsbət fikirlər səsləndirib: “O, inanılmaz oyunçudur, çox yaxşı münasibətimiz var. Mənim haqqımda da hər zaman yaxşı fikirlər deyib”.