Ronaldinyo qarşıdakı finaldan danışdı

Ronaldinyo qarşıdakı finaldan danışdı

“Dostum Messi futbolçudan daha artıqdır. Final fitindən sonra mütləq onun yanına gedib təbrik etmək istəyirəm. Messinin Fransanı məhv edəcəyinə bir dəqiqə belə şübhə etmirəm”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “PSJ” və “Barselona”nın keçmiş hücumçusu Ronaldinyo dünya çempionatının finalında Argentina – Fransa matçı öncəsi danışıb.

O bildirib ki, hesab argentinalıların xeyrinə olacaq:

“Argentinalılar dünya çempionatının qalibi olacaqlar. Fransa qalib gələcəkmi? Xeyr, mən onlara qarşıyam”, – Ronaldinyo deyib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatının finalında Fransa və Argentina milli komandaları oynayacaq. Oyun dekabrın 18-i, saat 19:00-da başlayacaq.