Roma Papası XIV Leo noyabrın 30-da Həvari Endryu bayramında Türkiyəyə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, Papanın bayram münasibətilə İstanbuldakı erməni kilsəsində dua edəcəyi açıqlanıb.
Müqəddəs Taxt-Tac duanın xristian həmrəyliyini göstərmək məqsədi daşıdığını bildirib.
Bundan əvvəl Papanın İznik vilayətində yerləşən qədim kilsələrdən birində xüsusi gizli ayin keçiriləcəyinə dair iddialar yayılmışdı. Lakin bu xəbər Türkiyə ictimaiyyətində birmənalı qarşılanmadı. Papanın məhz erməni kilsəsində dua edəcəyi ilə bağlı qərarı da müzakirələrə səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az














