Roma Papası Ukrayna müharibəsi haqda proqnoz verdi

Ukraynadakı müharibə dünya savaşıdır və yaxın müddətdə bitməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Roma papası Fransisk deyib.

“Ukrayna Prezidenti Vladimir Zelenski üçüncü dəfə özünün dini müşavirlərindən birini mənimlə görüşə göndərir. Mən onu qəbul edib, kömək edirəm. Baş verənlərin qısamüddətli perspektivdə bitəcəyini görmürəm, çünki bu, dünya savaşıdır. Artıq bir neçə qüvvə müharibəyə cəlb edilib və ortada çoxlu maraqlar var”, – o bildirib.