Roma Papası bu tarixdə dəfn edilə bilər – YENİLƏNİB

Roma Papası bu tarixdə dəfn edilə bilər – YENİLƏNİB

Roma Papası Fransiskin dəfn mərasimi Romadakı müqəddəs “Santa-Mariya-Madcore” (Böyük Məryəm) bazilikasında keçiriləcək. Dəfnin dəqiq tarixi hələ müəyyən edilməyib, lakin mərasimin Pasxa həftəsinin sonunadək baş tutacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a danışan Vatikan rəsmisi bildirib.

“Onlar çərşənbə axşamı konsistoriyaya toplanacaq. Papanın vəfatı zamanı bütün qərarlar kollegial şəkildə qəbul olunur. Dəfn mərasimi vida mərasiminin nə qədər davam edəcəyindən və nə vaxt başlayacağından asılı olacaq. Bundan sonra isə cənazənin daşınması təşkil olunmalıdır”, – o bildirib.

Qeyd edək ki, Fransisk hələ bir neçə il öncə dəfn yerinin məhz “Santa-Mariya-Madcore”də olmasını arzulamışdı. Vatikan hüdudlarından kənarda – Roma təpələrindən biri olan Eskvilində yerləşən bu bazilika şəhərdəki dörd əsas papa məbədlərindən biridir.

“Santa-Mariya-Madcore”də indiyədək bir neçə Papa dəfn olunub. Sonuncu dəfə burada 1669-cu ildə vəfat etmiş Papa IX Klement dəfn edilib. Həmçinin bu bazilikada İntibah dövrünün görkəmli memarı və heykəltəraşı Covanni Lorenso Bernini də torpağa tapşırılıb.

***

20:54

Roma Papası Fransiskin dəfni bu həftənin cümə, şənbə və ya bazar gününə planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda Vatikan rəsmiləri dəfn mərasiminin təşkilati detalları üzərində işləyir. Qeyd edək ki, Papa Fransisk Pasxa Bazar ertəsi günü, 88 yaşında vəfat edib.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az