Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.
Globalinfo.az xəbər verir ki, məhkəmədə Antikorrupsiya Komitəsinin Köçəryanın həbsi ilə bağlı vəsatətinə baxılacaq.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.