Ərdoğandan sərt açıqlama: “Tək ölkə Almaniya deyil” – VİDEO

“Almaniya qırıcı (Eurofighter) verər, ya verməz. Dünyada qırıcılar istehsal edən təkcə Almaniyadır? Bir çox ölkədən bunlar təmin edilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şotsla birgə media konfransında çıxışında deyib.

O, qeyd edib ki, ayrı-seçkilik edilməməlidir:

“İsrsil yüzlərlə yox, minlərlə fələstinlini  öldürdü, xəstəxanaları, məscidləri və kilsələri dağıtdı. Müsəlman olaraq bu məni narahat edir. Kilsələrin atəşə tutulması sizi narahat etmir?Niyə onlara qarşı duruş gətirmirsiniz? Bizim üçün yəhudi, xristian və müsəlmanlar arasında ayrı-seçkilik olmamalıdır. Antisemitizmlə mübarizə aparan ilk lider mən olmuşam”

“Hal-hazırda Almaniya İsrailə nə qədər maliyyə dəstəyi verdiyindən danışır. Almaniya qırıcılar verir? Dünyada döyüş təyyarələri istehsal edən yalnız Almaniyadır? Hazırda Türkiyə pilotsuz uçan təyyarələrdə qabaqcıl ölkələrdən biridir”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan mətbuat konfransında sual verən Almaniyanın mətbuat mənsubuna sərt cavab verərək, “Bizi bununla hədələmə, bizə insani, vicdanlı suallar verin, sizə o şəkildə cavab verək” – deyə qeyd edib.