
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.
Məlumata görə, nazirə sui-qəsddə şübhəli bilinən 71 yaşlı yazıçı və müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı Yuray Cintuladır.

*** 18:04
Baş nazir Robert Fikonun həyatı təhlükədə deyil, o, əməliyyat olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs Levis şəhərindən olan 71 yaşlı kişidir. Onun hansı səbəblə hadisəni törətdiyi bəlli deyil.
***
Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Baş nazirin vəziyyətinin ağır olduğu, hazırda helokopterlə Bratislavda xəstəxanaya aparıldığı bildirilib.
***17:22
Slovakiyanın Baş naziri Robert Fiko güllələnib.
Globalinfo.az xəbər verir ki, hadisə Nazirlər Kabinetinin iclasının keçirildiyi binanın qarşısında olub.
Baş nazir binanın qarşısından keçərkən ardıcıl 3-4 atəş səsi eşidilib. Nəticədə o yaralanıb və dərhal xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Ayşən Mustafa
Globalinfo.az