Rəsul Quliyev: “Onunla iki il çaşır yeyib yaşamışıq”

Milli Məclisin keçmiş sədri, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyevin bacısı oğlu vəfat edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb.

“Mənə bacımoğlu Baxşəlinin vəfat xəbəri çatdı. Biz 2 il kəndimizdə orta məktəb olmadan, 12 km aralıdakı kənddə oxuyur, yataqxanada bir otaqda qalırdıq. Onunla iki il pendir-çörək və çaşır adlı bir dağ bitkisinin turşusunu yeyib yaşamışıq. Məndən 3 yaş balaca idi. Çox çalışqan insan idi. Uşaqları da çox fərasətli çıxdı. Allah rəhmət eləsin”, – R.Quliyev təəssüratlarını bu sözlərlə ifadə edib.

Xatırladaq ki, Rəsul Quliyev 1996-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayır.

Globalinfo.az