1677852133 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Yapon restoranlar şəbəkəsinin operatoru “Kura Sushi” müştərilər tərəfindən qidaların xarab olmasının qarşısını almaq üçün süni intellektlə işləyən xəbərdarlıq sistemi hazırlayıb.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qida ilə qeyri-gigiyenik zarafatların yer aldığı videolar sosial şəbəkədə aktiv şəkildə yayılmağa başlayandan sonra buna ehtiyac yaranıb.

Videodakı kadrlarda qonaqların yemək boşqablarını necə yaladığını, sonra onları öz yerinə qoyduğunu görə bilərsiniz. Bəziləri isə sadəcə olaraq konveyer lentindəki boşqablardan yeməyin bir hissəsini götürürlər.

Süni intellektə əsaslanan sistemin kamerası bir müştərinin toxunduğu boşqabı kiminsə konveyerə qaytardığını aşkar edərsə, şəbəkənin baş ofisinə bildiriş göndəriləcək.

Bundan sonra baş ofis menecerlə əlaqə saxlayacaq ki, həmin bədniyyət şəxsə yaxınlaşacaq.

“Biz inanırıq ki, bu videolar son dərəcə narahatedicidir və suşi biznes modelinin əsasına təhdid təşkil edir”, – “Kura Suhi”nin əməkdaşı Okamoto Hiroyuki deyib.

Şirkət bildirir ki, belə bir sistem bu sahədə ilk belə tətbiqdir və digər restoranlarda da istifadə olunacaq.

Paylaş: