ressamlar ittifaqi 14535

Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında tələbələr üçün kompüter yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat yayıb.

“Bu tələbələr bizə praktikaya gəliblər – nə az, nə çox, 20 nəfər. Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında oxuyurlar. Bizə göndəriblər ki, heç olmasa kompüter öyrənsinlər. Deyirəm, necə yəni, sizdə kompüter yoxdur? “Yox” deyirlər. Son kursda oxuyurlar, hələ də kompüterdə işləməyi bacarmırlar. Özü də ödənişli təhsil alırlar, ilə 800 manat ödəyirlər. Arzuları qrafik dizayner olmaqdır. Müəllimləri deyir ki, bitirin, diplom alın sonra kurslara gedərsinmiz”, – Ş.Xuduoğlu qeyd edib.

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

412974642 10227436581933744 4570297622755697603 n

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: