Respublika stadionu nüfuzlu təşkilata üzv oldu

Respublika stadionu nüfuzlu təşkilata üzv oldu

Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.

Respublika stadionu nüfuzlu təşkilata üzv olduÜzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib. Paylaşımda 31200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və “Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.