Rəsmi Paris Ukraynaya sülhməramlı göndərməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunur ki, sülhməramlılar təmas xəttində deyil, ondan arxada yerləşdiriləcək.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Parisdə Ukrayna ilə bağlı qeyri-rəsmi görüş keçirir. Tədbirdə Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland, Birləşmiş Krallıq və Danimarkadan olan nümayəndələrlə yanaşı, Avropa Komissiyası və Avropa Şurasından nümayəndələr, eləcə də NATO-nun Baş katibi iştirak edir.
Aysel Əliyeva
Globalinfo.az














