Rəsmi Bakıdan Fransaya çağırış: “Qəbuledilməzdir!”

Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

“Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir.

Biz Fransa hökumətini vəziyyəti təcili olaraq de-eskalasiya etməyə çağırırıq”, – qeyd olunub.