Rəşad Nəsirova vəzifə verildi

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

Globalinfo.az xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsində çalışıb.