Rəşad Dağlıya görə aparıcını ölümlə hədələdilər

Aparıcı Arzu Kəlbi meyxanaçı Rəşad Dağlının törətdiyi qətldən sonra öldürülən şəxsin ailəsində apardığı çəkilişdən sonra ölümlə hədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə aparıcı özü “Baku” TV-də yayımlanan verilişdə deyib.

O, bu çəkilişin birmənalı qarşılanmamasından danışıb:

“İclasda idim. Birdən mənə yazdılar ki, qətlə yetirilənin ailəsi sənə müsahibə vermək istəyir. Gedib çəkiliş etdim. Həmin gecə mənə çoxlu zənglər gəldi. İki gün çölə çıxa bilmədim. Məni ölümlə hədələdilər”.

Jurnalistin sözlərinə görə, həmin çəkilişdən sonra Orxan Lökbatanlı da aparıcıdan inciyib:

“Bir gün Orxan Lökbatanlıya zəng edəndə gördüm ki, məni bloka atıb”.

Daha ətraflı süjetdə: