Rəşad Dağlının qətl törətdiyi maşın satışa çıxarıldı – VİDEO

Həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) avtomobili yenidən satışa çıxarılıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, 2017-ci il istehsalı olan “Niva” markalı avtomobil 17 min manata təklif edilir.

Xatırladaq ki, bir müddət əvvəl bu avtomobil başqa şəxsə satılıb.

Onu da qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyevi məhz bu avtomobildə qətlə yetirib.