Rəqsanə boşanma iddialarına belə cavab verdi: “Ərim…”

Rəqsanə boşanma iddialarına belə cavab verdi: "Ərim..."

“Hamı elə bilir, mən boşanmışam. Amma bu, belə deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında qeyd edib.

O, haqqında yayılan iddialara belə cavab verib:

“Allaha şükür, ərim yanımdadır. Hər şey normaldır. Hətta onun birlikdə gözəl klipimiz yayımlanacaq. Şahidi olacaqsınız”.

Qeyd edək ki, müğənni Rusiyada yaşayan azərbaycanlı iş adamı ilə evlidir. Onun Moskvada yaşadığı evdən yeni evə köçməsi və həyat yoldaşı ilə yan-yana görünməməsi boşanma ilə bağlı iddiaları gücləndirib.

Leyla Əlisoy
Globalinfo.az