“Qalatasaray”ın matçı yarımçıq qaldı: rəqib meydanı tərk etdi – SKANDAL

Adana Demirspor, Galatasaray maçında sahadan çekilme kararı aldı

Türkiyə Superliqasının 23-cü turunda keçirilən “Qalatasaray” – “Adana Dəmirspor” matçı yarımçıq qalıb.

Globalinfo.az xəbər verir ki, matçın 33-cü dəqiqəsində qonaq komanda meydanı tərk edib.

“Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcı futbolçulara soyunub-geyinmə otağına yollanmağı tapşırıb.

Bundan sonra matç yarımçıq dayandırılıb.

Oyunla bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Oyun dayandırılarkən “Qalatasaray” 1:0 öndə idi. Yeganə 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.