Azərbaycanın bokusçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib.
Globalinfo.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).
Bununla o, ən azı gümüş medalı təmin edib.
Final görüşü avqustun 9-da baş tutacaq.
Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
***
Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.
Atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.
Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.
Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub.
Beləliklə, A.Skidan Paris-2024-də final mərhələsinə adını yazdırıb.
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.
***
Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında mübarizəyə start verib.
25 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.
İdmançımız bu nəticədən sonra 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, ilk olaraq atıcı Ruslan Lunyov bacarığını göstərməyə çalışacaq.
O, 25 metr məsafədən atəşaçmada yarışacaq.
Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq.
Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.