Renat Dadaşov “Bazel”ə qol vurdu

Renat Dadaşov "Bazel”ə qol vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatının üçüncü turunda “Bazel”i qəbul edib.

Globalinfo.az xəbər verir ki, oyun “Qrasshopper”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 37-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.