Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin olunub.
Globalinfo.az bildirir ki, Natiq Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub.
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və oranı “Fərqlənmə diplomu” ilə bitirib. Daha sonra 1978-1983-cü illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də “Fərqlənmə diplomu” ilə başa vurub. N.Əliyev 1980-1983-cü illərdə “Lenin” təqaüdçüsü olub.
Natiq Əliyev daha əvvəl Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb.
Zaira Akifqızı
Globalinfo.az














