Rektor bu xanıma vəzifə verdi - FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq Əməkdaşlıq Ofisinə yeni direktor təyin olunub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin rektoru Anar Eminov əmr imzalayıb.

Əmrə əsasən, Samrə Famil qızı Əhmədova ofisin rəhbəri vəzifəsinə gətirilib.

O, 2007-ci ildən MDU-da ingilis dili müəllimi işləyir.

S.Əhmədova Sloveniyada dünya ədəbiyyatı ixtisası üzrə doktorantura araşdırmalarında iştirak edib, Portuqaliyada beynəlxalq əməkdaşlıq üzrə ixtisasartırma təlimlərinə qatılıb və çoxsaylı beynəlxalq elm-təhsil layihələrinin fəal iştirakçısı olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.

Rektor bu xanıma vəzifə verdi - FOTO