Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olundu

Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olundu

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

Bu barədə Globalinfo.az-a agentlikdən məlumat verilib.

Yeni sədri kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 16-da imzaladığı sərəncamla F.Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.