Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.
“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, – deyə Rəqsanə bildirib.
Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında onun ölüm səbəbini açıqlayıb:
“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.














