Rəisinin ölümü: Azərbaycandakı “Akınçı” PUA-ları… – VİDEO

Rəisinin ölümü: Azərbaycandakı "Akınçı" PUA-ları... - VİDEO

Azərbaycandakı “Akınçı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin BAYKAR şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycandaki texniki personal buna hazır idi”, – şirkət rəhbərti deyib.

O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akınçı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.