Rəisinin öldüyü qəzaya Ağ Evdən ilk reaksiya

Ağ Ev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasında heç bir xarici müdaxilə əlaməti görmədiyini bəyan edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bundan əlavə, Ağ Ev bu hadisədən sonra ABŞ-İran münasibətlərində ciddi dəyişikliklər gözləmədiyini qeyd edib.