“İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir- Abdullahianın həyatı təhlükədədir”.
Globalinfo.az xəbər verir ki, bunu adı açıqlanmayan İran rəsmisi “Reuters”ə bildirib.
“Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar ciddi narahatlıq doğurur”, – o, qeyd edib.
Qeyd edək ki, hazırda İran Prezidenti İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir-Abdullahian və Şərqi Azərbaycan valisini daşıyan helikopterin qəza yerinin müəyyən edildiyi, axtarış tədbirlərinin davam etdiyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














