“Prezident İbrahim Rəisi və həlak olan digərlərinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Şərqi Azərbaycan valiliyinin siyasi işlər, seçkilər və milli bölmələr üzrə baş direktoru İRNA-ya açıqlamasında deyib.
Valilik rəsmisi bildirib ki, hazırda cənazələr Təbrizə göndərilir, burada məhkəmə-tibb ekspertizasına təhvil veriləcək.
Sabah isə Təbrizdə həlak olanların dəfn mərasimi keçiriləcək.
Ayşən Mustafa
Globalinfo.az














