Regionda hava kəskin dəyişəcək: tarix verildi

Regionda hava kəskin dəyişəcək: tarix verildi

Oktyabrın 13-dən başlayaraq həftə ərzində Moskvada temperatur kəskin enəcək, güclü yağış olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə  Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

O bildirib ki, bazar ertəsindən başlayaraq havanın temperaturu 10 dərəcə Selsiyə yaxınlaşmayacaq.

“Gündüz temperatur 5-8 dərəcə Selsi arasında dəyişəcək, bu da iqlim normasından aşağı olacaq. Gecələr havanın temperaturu 2-4 dərəcəyədək enəcək. Şaxtalar Mərkəzi Rusiyaya qayıda bilər”, – Vilfand xəbərdarlıq edib.

Əliyar Xəlil
Globalinfo.az