Regional kommunikasiyaların açılması məsələsi… – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyişdən danışıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam”,- deyə Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu qeyd edib:

“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”, – deyə erməni Baş nazir bildirib.