Reanimasiyaya yerləşdirilən ekspertdən xəbər var

Reanimasiyaya yerləşdirilən ekspertdən xəbər var

“Bu gün atamın vəziyyəti ilə bağlı həkimdən konkret cavab ala biləcəyik. Hər an hər şey dəyişə bilər”.

Bu sözləri Globalinfo.az-a təhsil eksperti Nadir İsrafilovun oğlu Emin İsrafilov deyib.

O, atasının öd kisəsində problem yarandığını bildirib:

“Vaxtında bilmədiyimiz üçün bu, qana zəhərlənmə verib. Dünən vəziyyəti kritik idi. Bu gün qanının təmizlənməsi üçün xüsusi aparata qoşublar. Müalicənin nəticəsi müsbət olarsa, bizə yaxşı xəbər veriləcək. Əks halda, artıq konkret qərar deyiləcək”.

Xatırladaq ki, Nadir İsrafilov 25 iyun tarixində reanimasiyaya yerləşdirilib.

Zaira Akifqızı
Globalinfo.az