
“Real”ın müdafiəçisi Ferlan Mendi zədələnib.
Globalinfo.az Bizim.Media-a istinadən xəbər verir ki, o, La Liqanın 17-ci turunda “Vilyarreal”la oyunda sıradan çıxıb.
28 yaşlı futbolçu növbəti turda “Alaves”lə matçı buraxacaq. Fransalı oyunçu zədə səbəbindən təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
Həmçinin Dani Karvahal da 18-ci turun oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Alaves” – “Real” görüşü dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
Əlavə edək ki, Mendi bu mövsüm Madrid təmsilçisinin heyətində 14 oyun keçirib.














