“Real Madrid”dən Arda Gülər paylaşımı

“Real Madrid” Türkiyə milli komandasının heyətində yer alan ulduz futbolçusu Arda Gülər barədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, La Liqa nəhənginin sosial media hesabından “Türkiyəli futbolçumuz Arda Gülər bu gün AVRO-2024 macərasına başlayır”, – deyə bildirilib.

Xatırladaq ki, Türkiyə milli komandası bu gün AVRO-2024-ün F qrupundakı ilk oyununda Gürcüstanla qarşılaşacaq.