
UEFA Superkuboku uğrunda keçirilən matçda İspaniyanın “Real Madrid” komandası ilə İtaliyanın “Atalanta”sı qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, görüş Varşavadakı Milli stadionda keçirilib.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Madrid təmsilçisi rəqibini üstələməyi bacarıb – 2:0.
Qaliblərin heyətində Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (69-cu dəqiqə) fərqləniblər.
“Real” altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb.
“Real” 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Superkubokunu qazanıb.














