Ermənistanı dağıdıcı müharibəyə məcbur edirlər

“Nikol Paşinyanın elan etdiyi müqavilə sülh sazişi deyil, növbəti kapitulyasiyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni İnqilab Federasiyası Baş Asambleyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

“Bu sənədin imzalanması erməni xalqı üçün faciə ilə nəticələnəcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan razılaşıblar ki, bu ilin sonuna kimi prosesi başa çatdırsınlar. Biz onun qarşısını almalıyıq. Xalq üsyana qalxmalı, buna mane olmalıdır”, – Saqatelyan bildirib.

Qeyd edək ki, ekspertlər sülh müqaviləsinin alternativi olmadığını, fərqli addımın Ermənistan üçün dağıdıcı müharibə ilə nəticələnəcəyini bildirirlər.

Ayşən Mustafa
Globalinfo.az