Rasim Balayev QHT Agentliyini tənqid edənləri qınadı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Həmin qrant müsabiqəsinin qalibləri arasında Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi təşkilatın da adı var.

Onun rəhbəri olduğu təşkilat 28 min 500 manat məbləğində qrant alıb. QHT Agentliyi nəticələri açıqladıqdan sonra sosial şəbəkələrdə mövzu aktuallaşıb. Bəziləri bunun ədalətli olmadığı deyir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Xalq artisti Rasim Balayev tənqidlərin əsassız olduğunu deyib.

“Bilirsiniz, bizdə vedrə bağlayanlar çox olur. Çünki özünün işi-gücü olmur, başqa iş görənlərə də mane olurlar. Elə şeylər həmişə olub və olacaq. Ona görə də, onları boş verin”.

Zaira Akifqızı
Globalinfo.az