Rasim Balayev “mən geyəm” deyən aparıcıdan danışdı: “Etiraf edim ki…”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verən zaman aparıcının cinsi azlıq nümayəndəsi olduğunu deməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri aparıcının bunu R.Balayevi incitmək üçün qəsdən dediyini yazırlar.

Məsələ il bağlı Globalinfo.az-a danışan Xalq artisti deyib ki, müsahibəyə razılaşdığı üçün peşman olub:

“Orden aldım deyə üstümə düşdülər. Etiraf edim ki, müsahibə zamanı aparıcının mənə dediyi sözdən sonra tutulub qaldım. Çünki birdən-birə üzümə deyir ki, “mən filankəsəm”. Amma öncədən onun elə olduğunu bilsəm, müsahibə verməzdim. Allah şahiddir.

O sözdən sonra artıq təəccüb limitim bitdi. Mən orden alan zaman Prezidenti Babəkə oxşatdığım, bir qrup adama “kütlə” dediyim üçün bunlar mənim üzərimə gəlirlər. Düzdür, bir balaca dilxorluq yaratmışdılar. Amma dostlar, məni sevənlər sağ olsunlar, onlara fikir verməməyimi dedilər”.

Zaira Akifqızı
Globalinfo.az