
Mərhum xalq artisti Həsən Məmmədovun atası onun müəllim olmasını istəyirdi. Həsən bəy isə təhsilini yarımçıq saxlayıb aktyorluğu seçib.
Globalinfo.az bildirir ki, aktyor kinoya “Böyük dayaq” filmi ilə gəlib. Bu filmdə canlandırdığı “Qaraş” obrazı ona şöhrət gətirib. Film aktyorun atasının da ona olan münasibətlərinin düzəlməsində önəmli rol oynayıb. Çünki müəllim olmaqdan imtina edərək teatra üz tutan Həsən Məmmədova atası nəinki dəstək olmayıb, hətta ondan küsüb.
Qeyd edək ki, mərhum xalq artisti “Böyük dayaq”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Dədə Qorqud”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “İstintaq” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb.
Ətraflı BakuTV-nin süjetində: