Çeçenistanda xüsusi təyyarə ilə yeni hərbçi qrupu Xüsusi Hərbi Əməliyyat (SVO) zonasına göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, döyüş əməliyyatları üçün xüsusi hazırlıq keçmiş əsgərlər Rusiya Prezidenti Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim alıblar. Hərbçiləri yola salma mərasimində Çeçenistan hökumətinin sədri Maqomed Daudov iştirak edib.
Çeçenistan lideri Ramzan Kadırov deyib ki, Axmat Kadırov Regional Fondu yeni göndərilən döyüşçülərə maddi və texniki dəstək göstərib.
Avqustun sonunda isə fondun təşəbbüsü ilə xüsusi əməliyyat üçün əlavə hərbi texnika göndərilmişdi.
Həmin partiyaya “Cihad-Maşina” tipli maşınlar, “İzdəliyə-34 Viy” istiqamət təyin edən və radiokəşfiyyat sistemləri, generatorlar, motosikletlər, həmçinin pilotsuz uçuş aparatları daxil olub.
Tahir Turan
Globalinfo.az