İran ərazisində Rusiya kartlarından istifadəyə icazə verəcək

İran ödəniş sisteminin tətbiqi çərçivəsində öz ərazisində Rusiyanın “Mir” kartlarından istifadəyə icazə verəcək.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın turizm, mədəni irs nazirinin müavini Əli Əsgər Şalbafian bildirib.

“Rusiya və İranın mərkəzi bankları artıq bu layihə üzərində işləyirlər. Ümid edirik ki, tezliklə nəticə olacaq”, – nazir müavini deyib.