Xalq şairinin səhhətində problem yarandı

Xalq şairinin səhhətində problem yarandı

Mən stol arxasında, qarşımda vərəq – oturub yazmağı təsəvvür eləmirəm. Kompüterdə oturub şeir yaza bilmərəm. Mən gəzməyi çox sevirəm.

Globalinfo.az xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə” qonaq olarkən deyib.

O bir müddət əvvəl səhhətində problem yarandığını bildirib:

“Son vaxtlar bir az ayağımda zədə oldu. Buna görə gəzməyimdə problem yarandı.

Oğlum universitetdə müəllimdir. O deyir ki, mən bilirəm atamın hansı şeiri neçə addımdır. İndi çox gəzə bilmirəmsə, demək, çox da yaza bilmirəm. İnsan bir iş görə-görə daha yaxşı düşünür, mən də gəzə-gəzə yazmaq istəyirəm”.

Görüş əsnasında xalq şairi gənclərlə öz təcrübələrini də bölüşüb.