Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
Sabah Ramazan ayının beşinci günüdür.

Globalinfo.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 5-də Bakıda imsak saat 05:43, iftar isə saat 18:51-dədır.

Ramazan ayının 5-ci gününün duası:

“Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!