Ramazan ayı nə vaxt başlayır? – Rəsmi

Ramazan ayı nə vaxt başlayır? - Rəsmi

Ramazan ayının ilk günü martın 11-nə təsadüf edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqvimində qeyd edilib. Bildirilib ki, Qədr gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək.

Ramazan bayramı isə aprelin 10-11-də olacaq.

***15:00

Bu il Türkiyədə Ramazan ayı martın 11-də başlayacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı Türkiyə Dəyanət İşləri Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 11-i sübh tezdən sahurla niyyət ediləcək, həmin günün axşam azanı ilə ilk oruc açılacaq.

Qeyd edək ki, Azərbaycanda bu ilki Ramazan ayının ilk gününün hansı tarixə düşəcəyi ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) hələlik fitva verməyib. Buna baxmayaraq, QMİ-nin İran “təqviminə” (İran hər zaman bir gün gecikmə ilə özünə “şiə çevrəsi” qurur və islamda ikitirəliyə liderlik edir – red.) bu il də uymayacağı və 11 martın ilk oruc günü olmasını elan edəcəyi gözlənilir.

Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 10-11 tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.