“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın müqaviləsi gələn mövsüm başa çatır.
Globalinfo.az xəbər verir ki, bu barədə Pep özü danışıb.
Son günlər ispan mətbuatında Qvardiolanın “Barselona”ya dönəcəyi ilə bağlı məlumatlar dərc edilsə də, o, məsələyə aydınlıq gətirib.
İspan məşqçi “gələcəkdə Barselonaya qayıtmaq ehtimalınız varmı?” sualına “Barselona”nın qapısı bağlıdır, biz artıq qocalmışıq” cavabını verib.
Xavinin komandadan qovulmasında heç bir təsirinin olmadığını bildirən Pep Kataloniya təmsilçisinin yeni baş məşqçisi Hans Flikə səbirli olmağı tövsiyə edib.
Əliyar Xəlil
Globalinfo.az














