Qurban Qurbanovun oğlundan xoş xəbər

Cari mövsüm Avropanın milli çempionatlarında 21 yaşadək futbolçular arasında ən çox qol vurmuş oyunçular açıqlanıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı da yer alıb.

Belə ki, gənc forvard 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

İlk üçlüyü Portuqaliyanın “Benfika” klubunun futbolçusu Qonsalu Ramuş (12 qol) qapayır.

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən “Qarabağ”da çıxış edir.