Globalinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Budyo-Qlimt” komandasına qarşı keçirdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarıı bildirib:
“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Uzun yol qət etmişdik. Meydanın süni ot örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdə komanda ruhu olmadan qayıtmaq olmaz. “Budyo Qlimt” çox yaxşı kollektivdir. Bəlkə də, onlar bu gün məğlub olmağa layiq deyildilər. Onlara gələcək görüşlərində uğurlar arzu edirəm. Bu komandada məşqçi işi nəzərə çarpır. Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. Yəqin ki, bütün Azərbaycan bizim oyunumuzu izləyirdi və komandamızdan qələbə gözləyirdi. Bütün azarkeşlərimizi, “Qarabağ” rəhbərliyini və bu klubu sevənləri təbrik edirəm”.